Bakıda yol qəzasında ana və oğlunun ölümü ilə bağlı cinayət işi açılıb - YENİLƏNİB

Bakıda yol qəzasında ana və oğlunun ölümü ilə bağlı cinayət işi açılıb - YENİLƏNİB Bakıda avtomobil piyadanı vuraraq öldürüb
Hadisə
20 Aprel , 2021 09:29
Bakıda yol qəzasında ana və oğlunun ölümü ilə bağlı cinayət işi açılıb - YENİLƏNİB

Bakıda baş vermiş ağır yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb.

“Report”un xəbərinə görə, hadisə aprelin 19-u paytaxtın Sabunçu dairəsi yaxınlığında qeydə alınıb.

Taleh Tağıyevin idarə etdiyi "Ravon" markalı avtomobil Gülnar Yuniszadə, onun oğlu Yusmir Yuniszadə və bacısı Fidan Cəfərzadəni vurub. Nəticədə ana və oğlu ölüb, F.Cəfərzadə isə ağır bədən xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.

Qəzanı törədən T.Tağıyev Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.

19 aprel, saat 22:03

Bakıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi olub.

Bu barədə “Report” Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, hadisə Heydər Əliyev prospektində, Bakı Olimpiya Stadionunun yaxınlığında qeydə alınıb. İlkin məlumata görə, hadisə zamanı 1 nəfər ölüb. Qəza ilə əlaqədar Mərdəkan qəsəbəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.

Son xəbərlər

Orphus sistemi