Bakıda avtomobil piyadaları vurdu

Bakıda avtomobil piyadaları vurdu Bakıda piyadaların xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
26 Sentyabr , 2020 03:51
Bakıda avtomobil piyadaları vurdu

Bakıda piyadaların xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Nizami rayonunda qeydə alınıb.

Keşlə qəsəbəsində avtomobil yolda dayanan iki piyadanı - 1982-ci il təvəllüdlü Bahəddinov Vüqar Qardaşxan oğlunu və 1985-ci il təvəllüdlü Mürsəlov Rəşad Telman oğlunu vurub.

Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Hər iki şəxsə sol və sağ baldır sümüklərinin əzikləri diaqnozları qoyulub.

Son xəbərlər

Orphus sistemi