Yuxarı

Bakıda avtomobil İran vətəndaşını vuraraq öldürüb

Faktla bağlı araşdırma aparılır

Bakı. 28 iyul. REPORT.AZ/ Bakının Xətai rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un xəbərinə görə, X.Rüstəmov küçəsi ev 9-un qarşısında Bakı şəhər sakini 40 yaşlı Mübariz Babayev idarə etdiyi KİA markalı avtomobillə piyada - İran İslam Respublikasının vətəndaşı 76 yaşlı Ardexan Barani Bahmaud Sayedhuseini vurub.

İran vətəndaşı hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi