Bakıda avtomobil gənc qadını vuraraq hadisə yerindən uzaqlaşıb

Bakıda avtomobil gənc qadını vuraraq hadisə yerindən uzaqlaşıb Nizami Rayon Polis İdarəsinin əməkdaşları sürücünün kimliyini araşdırır
Hadisə
3 Aprel , 2017 14:55
Bakıda avtomobil gənc qadını vuraraq hadisə yerindən uzaqlaşıb
Courtesy İmage

Bakı. 3 aprel. REPORT.AZ/ Bakıda avtomobil 24 yaşlı qadını vuraraq hadisə yerindən uzaqlaşıb.

"Report"un xəbərinə görə, hadisə Nizami rayonunda qeydə alınıb.

Belə ki, metronun "Neftçilər" stansiyasının yaxınlığındakı körpünün altından yolu keçən 1993-cü il təvəllüdlü Abdulhəsənova Könül Azər qızını naməlum markalı avtomobil vurub.

Bədənin müxtəlif nahiyələrində sınıq xəsarətləri alan qadın xəstəxanaya yerləşdirilib.

Nizami Rayon Polis İdarəsinin əməkdaşları sürücünün kimliyini araşdırır.

Son xəbərlər

Orphus sistemi