Bakıda avtomobil 9 yaşlı uşağı vurdu

Bakıda avtomobil 9 yaşlı uşağı vurdu Bakıda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
9 May , 2020 22:24
Bakıda avtomobil 9 yaşlı uşağı vurdu

Bakıda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Avtomobil yolu keçən 2011-ci il təvəllüdlü Tahirov Abdulrəhim Vüsal oğlunu vurub. Nəticədə azyaşlı xəsarət alıb. O, təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Ramin Şahbazov

Son xəbərlər

Orphus sistemi