Yuxarı

Bakıda avtomobil 81 yaşlı piyadanı vuraraq öldürüb

Faktla bağlı araşdırma aparılır

Bakı. 10 noyabr. REPORT.AZ/ Bakıda avtomobil 81 yaşlı piyadanı vuraraq öldürüb. Bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Sabunçu rayonu Pirşağı qəsəbəsində qəsəbə sakini 1970-ci il təvəllüdlü Qabil Həmzəyev idarə etdiyi “Mercedes” markalı avtomobillə 1934-cü il təvəllüdlü Nikolay Sorokini vurub. Nəticədə o, hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi