Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə Qaradağ rayonunda qeydə alınıb.
Belə ki, 2014-cü il təvəllüdlü Salehov Ümid Alim oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sol baldır sümüyünün sınığı diaqnozu qoyulub.