Bakıda avtomobil piyadanı vuraraq xəsarət yetirdi

Bakıda avtomobil piyadanı vuraraq xəsarət yetirdi Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
22 May , 2020 22:26
Bakıda avtomobil piyadanı vuraraq xəsarət yetirdi

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, 1970-ci il təvəllüdlü Ələsgərov Vüqar Şiraslan oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sol ayağın 3 və 4-cü daraq sümüyünün sınığı diaqnozu qoyulub.

Son xəbərlər

Orphus sistemi