Bakı. 16 iyun. REPORT.AZ/ Bakının Nizami rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report" xəbər verir ki, hadisə Məmmədəli Şərifli küçəsində qeydə alınıb.
Belə ki, 1968-ci il təvəllüdlü Cəfərova Nüşabə Akif qızını avtomobil vurub. Nəticədə o, xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.