Bakıda avtomobil 43 yaşlı qadını vurub

Hadisə
  • 02 noyabr, 2019
  • 18:58
Bakıda avtomobil 43 yaşlı qadını vurub

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report" xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.

Avtomobil yolu keçən 1976-cı il təvəllüdlü Məhəbbət Quliyevanı vurub. Yaralı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona çanaq və sağ qol sümüyünün sınığı diaqnozu qoyulub və reanimasiya şöbəsinə yerləşdirilib. 

Hadisənin təfərrüatı araşdırılır.

Ramin Şahbazov