Bakıda avtomobil 39 yaşlı qadını vurub

Hadisə
  • 18 iyun, 2019
  • 21:23
Bakıda avtomobil 39 yaşlı qadını vurub

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Xətai rayonunda, Nobel prospektində qeydə alınıb.

Belə ki, avtomobil 39 yaşlı Gülnarə Miriyevanı vurub. Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb və ona bud-çanaq travması diaqnozu qoyulub.