Bakıda avtomobil 25 yaşlı gənci vuraraq öldürüb

Bakıda avtomobil 25 yaşlı gənci vuraraq öldürüb Hadisəni törətmiş sürücü saxlanılıb
Hadisə
4 May , 2017 01:34
Bakıda avtomobil 25 yaşlı gənci vuraraq öldürüb
Report.az

Bakı. 4 may. REPORT.AZ/ Bakıda 1 nəfərin xəsarət alması ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, sürücüsünün adı hələlik açıqlanmayan minik avtomobili şəxsiyyəti məlum olmayan 25-27 yaşlı şəxsi vurub. Piyada aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib. Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabunçu Rayon Şöbəsinə təhvil verilib.

Hazırda Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları ölmüş şəxsin kimliyini araşdırır.

Hadisəni törətmiş sürücü saxlanılıb. 

Son xəbərlər

Orphus sistemi