Bakıda avtomobil 20 yaşlı gənc qızı vurdu

Bakıda avtomobil 20 yaşlı gənc qızı vurdu Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
9 Fevral , 2021 01:12
Bakıda avtomobil 20 yaşlı gənc qızı vurdu

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Nəsimi rayonunda qeydə alınıb.

Belə ki, 2001-ci il təvəllüdlü Rüstəmzadə Nazlı Ruhid qızı yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qapalı kəllə-beyin travması, beyin silkələnməsi, qarnın küt travması diaqnozları qoyulub.

Son xəbərlər

Orphus sistemi