Bakıda avtomobil 18 yaşlı gənci vuraraq ağır xəsarət yetirdi

Bakıda avtomobil 18 yaşlı gənci vuraraq ağır xəsarət yetirdi Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
4 Fevral , 2021 22:01
Bakıda avtomobil 18 yaşlı gənci vuraraq ağır xəsarət yetirdi

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Nizami rayonunda qeydə alınıb.

Belə ki, “Qara Qarayev” metrostansiyasının yaxınlığında 2003-cü il təvəllüdlü Xudaverdiyev Murad Zabid oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb və ona kəllə-beyin travması qoyulub. M.Xudaverdiyev reanimasiya şöbəsinə yerləşdirilib.

Yaralının vəziyyətinin ağır olduğu bildirilir.

Son xəbərlər

Orphus sistemi