Yuxarı

​Bakıda avtomobil 12 yaşlı oğlanı vurub, sürücü hadisə yerindən qaçıb

Faktla bağlı araşdırma aparılır

Bakı. 28 iyul. REPORT.AZ/ Bakıda avtomobil piyadanı vurub.

“Report”un xəbərinə görə, hadisə paytaxtın Məhəmməd Hadi küçəsində baş verib. Naməlum avtomobil Bakı şəhər sakini 2004-cü il təvəllüdlü Hüseyn Rzazadəni vurub.

H.Rzazadə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlər 12 yaşlı oğlanın həyati təhlükəsi olmadığını bildirib.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi