​Bakıda avtobusda həyat yoldaşını öldürən şəxsin məhkəməsi keçirilib

​Bakıda avtobusda həyat yoldaşını öldürən şəxsin məhkəməsi keçirilib Prosesdə təqsirləndirilən şəxs və şahidlər dindirilib
Hadisə
5 Oktyabr , 2015 19:47
​Bakıda avtobusda həyat yoldaşını öldürən şəxsin məhkəməsi keçirilib

Bakı. 5 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşı, 1968-ci il təvəllüdlü Fatma Şəfiyevanı qətlə yetirməkdə təqsirləndirilən 1962-ci il təvəllüdlü Namiq Həzi oğlu Məmmədovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

"Report"un məlumatına görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs və şahidlər dindirilib.

Məhkəmənin növbəti iclası oktyabrın 7-nə təyin edilib.

Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxsin 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, hadisə bu il aprel ayının 8-də gecə saatlarında baş verib. Xırdalan-Bakı xətti üzrə hərəkət edən 135 saylı sərnişin avtobusunda N.Məmmədov aralarında yaranan münaqişə zəminində həyat yoldaşı F.Şəfiyevanı bıçaqlayaraq qətlə yetirib. F.Şəfiyeva ağır bıçaq xəsarətlərilə xəstəxanaya aparılarkən yolda ölüb.

N.Məmmədov Yasamal Rayon Polis İdarəsinə gələrək törətdiyi cinayət əməlini etiraf edib.

O, Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsilə ittiham olunur.

Son xəbərlər

Orphus sistemi