Bakıda avtobus sürücülərinə qarşı soyğunçuluq edildi

Hadisə
  • 19 fevral, 2020
  • 06:14
Bakıda avtobus sürücülərinə qarşı soyğunçuluq edildi
Pexels.com

Bakıda avtobus sürücülərinə qarşı soyğunçuluq edən şəxs saxlanılıb.

“Report”un xəbərinə görə, hadisə fevralın 7-də, saat 20:00 radələrində, Xətai rayon, Mingəçevir küçəsində qeydə alınıb.

Belə ki, naməlum şəxs Bakı şəhər sakini, 1964-cü il təvəllüdlü F.Əliyevin idarə etdiyi 22 saylı xətt avtobusundan 50 manat pulu soyğunçuluq yolu ilə ələ keçirərək hadisə yerindən qaçıb.

Xətai Rayon Polis İdarəsinin (RPİ) 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş S.Əhmədov müəyyən olunaraq tutulub.

Araşdırmalar zamanı məlum olub ki, S.Əhmədov fevralın 6-da NZS qəsəbəsində paytaxt sakini A.Həsənovun idarə etdiyi 22 saylı xətt avtobusundan da 25 manat pulu soyğunçuluq yolu ilə ələ keçirərək hadisə yerindən qaçıb.

Hər iki faktla bağlı araşdırmalar aparılır.