Bakıda avtobus qəzaya uğrayıb, yaralanan var

Bakıda avtobus qəzaya uğrayıb, yaralanan var Bakının Xətai rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
20 Mart , 2024 04:46
Bakıda avtobus qəzaya uğrayıb, yaralanan var

Bakının Xətai rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, 104 saylı xətt üzrə hərəkətdə olan sərnişin avtobusu digər bir avtomobillə toqquşub.

Hadisə zamanı avtobusda olan sərnişin 1988-ci il təvəllüdlü Əsgərova Şəbnəm xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

Son xəbərlər

Orphus sistemi