Bakıda avtobus piyada zolağından keçən qadını vuraraq öldürüb - FOTO - VİDEO - YENİLƏNİB

Bakıda avtobus piyada zolağından keçən qadını vuraraq öldürüb - FOTO - VİDEO - YENİLƏNİB Faktla bağlı cinayət işi başlanılıb
Hadisə
23 Noyabr , 2017 10:01
Bakıda avtobus piyada zolağından keçən qadını vuraraq öldürüb - FOTO - VİDEO - YENİLƏNİB

Video əlavə olunub


*** 08:03

Bakı. 23 noyabr. REPORT.AZ/ Bakıda qadını sərnişin avtobusu vuraraq öldürüb.

"Report" xəbər verir ki, yol-nəqliyyat hadisəsi Yasamal rayonunda baş verib.

Belə ki, "Şamaxinka" kimi tanınan ərazidə piyada zolağından keçmək istəyən 1963-cü il təvəllüdlü Paşayeva Şahzadə Qoçu qızını dayanacağa daxil olan 65 nömrəli sərnişin avtobusu vurub. Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

65 nömrəli sərnişin avtobusunun məxsus olduğu şirkətdən isə bildirilib ki, baş vermiş qəza ilə bağlı araşdırmalara başlanılıb, avtobusdakı video kameraların görüntülərinə baxış keçirilib: "Məlum olub ki, mərhum işıqforun piyadalar üçün nəzərdə tutulan qırmızı işığından keçirmiş".  

Faktla bağlı cinayət işi başlanılıb. Sürücü saxlanılıb.

Son xəbərlər

Orphus sistemi