Bakıda ata və oğlu ölümcül döyülüb

Bakıda ata və oğlu ölümcül döyülüb Hadisəni törədən şəxslər saxlanılıb
Hadisə
11 Noyabr , 2016 10:09
Bakıda ata və oğlu ölümcül döyülüb

Bakı. 11 noyabr. REPORT.AZ/ Sabunçu rayonunda ata və oğul yaşadıqları mənzildə küt alətlə döyülüblər.

"Report"un xəbərinə görə, Bakıxanov qəsəbəsi Yavər Əliyev küçəsi 1 ünvanında 1959-cu il təvəllüdlü Rəhimov Əli Hüseyn oğlu və 31 yaşlı oğlu Orxan Rəhimov naməlum şəxslər tərəfindən küt alətlə döyülüblər. Hadisənin qarşısını qonşular alıblar. Ağır yaralanan ata və oğlu xəstəxanaya yerləşdirilib. 

Hadisəni törədən şəxslər saxlanılıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 13-cü Polis Bölməsində (PB) araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi