Yuxarı
    Bağlamaq

    Bakıda ali məktəbdə bıçaqlanma hadisəsi baş verib

    Mehram Quliyev tanışı tərəfindən bıçaqlanıb© Courtesy İmage

    Bakı. 2 may. REPORT.AZ/ Bakıda ali məktəbdə bıçaqlanma hadisəsi olub.

    "Report" xəbər verir ki, hadisə Nərimanov rayonunda, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının həyətində baş verib.

    Belə ki, 1998-ci il təvəllüdlü Quliyev Mehram Dilavət oğlu tanışı ilə mübahisə edib. Nəticədə o, tanışı tərəfindən bıçaqlanıb. Xəsarət almış M.Quliyev xəstəxanaya yerləşdirilib.

    Qeyd edək ki, M.Quliyev Azərbaycan Tibb Universitetinin tələbəsidir.

    Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinin əməkdaşları araşdırma aparır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi