Bakıda ağır yol qəzasında yaralananların şəxsiyyətləri məlum oldu - YENİLƏNİB

Bakıda ağır yol qəzasında yaralananların şəxsiyyətləri məlum oldu - YENİLƏNİB Bakıda baş vermiş ağır yol qəzasında xəsarət alanların şəxsiyyətləri məlum olub.
Hadisə
26 Aprel , 2020 23:39
Bakıda ağır yol qəzasında yaralananların şəxsiyyətləri məlum oldu - YENİLƏNİB

Bakıda baş vermiş ağır yol qəzasında xəsarət alanların şəxsiyyətləri məlum olub.

“Report”un məlumatına görə, hadisə zamanı 2008-ci il təvəllüdlü Hacıyev Elvin Dilqəm oğlu, 1994-cü il təvəllüdlü Dilavərov Əlirza Dilavər oğlu, 17 yaşlı Qaçayev Sahil Rahil oğlu, 40 yaşlı Aleksandr Bıkovski müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib. 

Şahidlərin sözlərinə görə, qəzaya "Hyundai" markalı avtomobilin əks tərəfə - qarşıdan gələn yük maşınının yoluna çıxması səbəb olub. 


***22:03

Bakıda ölümlə və xəsarətlə nəticələnən ağır yol qəzası baş verib.

“Report”un məlumatına görə, hadisə Pirallahı rayonunda qeydə alınıb.

Belə ki, rayon ərazisində “Hyundai” markalı minik avtomobili ilə "Ford” markalı yük maşını toqquşub. Hadisə nəticəsində 1 nəfər ölüb. Ölən şəxsin “Hyundai” markalı avtomobilin sürücüsü olduğu bildirilir.

Qəza zamanı eləcə də "Ford"un Əli adlı (soyadı dəqiqləşdirilir-red) sürücüsü, habelə 17 yaşlı Qaçayev Sahil Rahil oğlu, 40 yaşlı Aleksandr Bıkovski müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib. S.Qaçayevə sol bud sümüyünün sınığı, A.Bıkovskiyə qapali kəllə-beyin travması diaqnozları qoyulub. Məlumata görə, hadisə nəticəsində "Ford"un sürücüsünün ayaqları sınıb. 

Şahidlərin sözlərinə görə, qəzaya "Hyundai" markalı avtomobilin əks tərəfə - qarşıdan gələn yük maşınının yoluna çıxması səbəb olub.  

Ramin Şahbazov 

Son xəbərlər

Orphus sistemi