Bakıdakı yanğın 45 şam ağaclarının məhvinə səbəb olub

Bakıdakı yanğın 45 şam ağaclarının məhvinə səbəb olub Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsində ağaclıq ərazidə yanğın başlayıb.
Hadisə
11 Avqust , 2021 16:14
Bakıdakı yanğın 45 şam ağaclarının məhvinə səbəb olub

Xətai rayonu, Vunqtau küçəsində bu gün baş verən yanğın zamanı 45 şam ağacının yanaraq məhv olduğu məlum olub.

Bunu "Report"a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Vaqif Cavadov bildirib.

Onun sözlərinə görə, hazırda yaşıllığa dəymiş ziyanın müəyyənləşdirilməsi istiqamətində tərəfimizdən araşdırmalar aparılır.

Xidmət rəsmisi qeyd edib ki, araşdırmaların nəticələri ilə bağlı toplanmış materiallar Fövqəladə Hallar Nazirliyinin Əməliyyat İstintaq İdarəsinə göndəriləcək.

12.58

Bakı şəhəri, Xətai rayonu, Vunq-Tau küçəsində ağaclıq ərazidə yanğın başlayıb.

"Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə məlumat daxil olub.

FHN Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.

Əlavə məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi