Yuxarı

​Bakıda ABŞ vətəndaşının meyiti aşkarlanıb

Faktla bağlı araşdırmalar davam etdirilir

Bakı. 15 dekabr. REPORT.AZ/ Azərbaycanda özəl şirkətlərdən birində aqronom vəzifəsində işləyən ABŞ vətəndaşının meyiti tapılıb. “Report”un xəbərinə görə, 57 yaşlı Robert Riçartsonun meyiti onun Yasamal rayonu, İnşaatçılar prospektində kirayə yaşadığı mənzildə aşkarlanıb.

Meyitin müayinəsi zamanı ABŞ vətəndaşının ürəktutmadan öldüyü məlum olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi