Bakıda 94 yaşlı qocanı avtomobil vurdu

Bakıda 94 yaşlı qocanı avtomobil vurdu Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
11 Sentyabr , 2020 20:33
Bakıda 94 yaşlı qocanı avtomobil vurdu

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Evlərinin yanında yolu keçən 1926-cı il təvəllüdlü Ağayev Fuad Heydər oğlunu minik avtomobili vurub və o, ağır bədən xəsarətləri alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə 3 saylı şəhər kliniki xəstəxanasına çatdırılıb.
Müayinə zamanı ona qapalı kəllə-beyin travması və qasıq oturaq sümüklərinin sınığı diaqnozları qoyulub. Vəziyyəti ağır olduğundan o, Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi