Bakıda 92 yaşlı qadın eyvandan yıxılaraq ölüb

Bakıda 92 yaşlı qadın eyvandan yıxılaraq ölüb Faktla bağlı araşdırma aparılır
Hadisə
25 Avqust , 2016 11:30
Bakıda 92 yaşlı qadın eyvandan yıxılaraq ölüb

Bakı. 25 avqust. REPORT.AZ/ Azərbaycanda ahıl qadın bədbəxt hadisə nəticəsində ölüb.

“Report”un xəbərinə görə, hadisə Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində qeydə alınıb.

Orada yaşayan 92 yaşlı Roza Yaqubova evinin eyvanından (ikinci mərtəbədən) ehtiyatsızlıqdan yıxılıb. Xəstəxanaya yerləşdirilmiş R.Yaqubova orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi