Bakı. 2 may.
"Report"un xəbərinə görə, tədbir BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının dəstəyi ilə təşkil olunub.
Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyətinin üzvləri, yerli və beynəlxalq təşkilatların, KİV nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə VK-nın sədri Anar Bağırov açılış nitqi ilə çıxış edib. O, vəkillik institutunun inkişafı ilə bağlı həyata keçirilən tədbirlər və gələcək planlar, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 fevral tarixli sərəncamının bu baxımdan xüsusi əhəmiyyət kəsb etməsi, bu çərçivədə ölkədə fəaliyyət göstərən vəkillərin sayının savadlı və peşəkar hüquqşünaslar hesabına artırılmasının önəmi barədə danışıb.
A.Bağırov vəkilliyə qəbulla bağlı baş tutan ixtisas imtahanlarını uğurla keçən və icbari təlimi tamamlamış namizədləri bu münasibətlə təbrik edib, onlara gələcək peşə fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.
Daha sonra, peşəyə buraxılan 90 nəfər vəkilliyə namizəd qanunvericilklə nəzərdə tutulan qaydada vəkil andı içib, onlara yeni nəsil VK-nın üzvünün vəsiqəsi təqdim edilib.
İclasda həmçinin VK-nın sədri və Bakı şəhəri 5 saylı hüquq məsləhətxanasının müdiri, vəkil Eleanora Rəcəbovaya Rusiya Vəkillər Gildiyasının rəsmisi tərəfindən Gildiyanın təltifi olan “Rusiyanın fəxri vəkili” döş nişanları təqdim olunub.
Tədbirdə işini təşkilati və cari məsələlərin müzakirəsi ilə davam etdirib.