​Bakıda 86 yaşlı kişi intihar edib

​Bakıda 86 yaşlı kişi intihar edib Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda cinayət işi başlanılıb
Hadisə
17 Mart , 2016 10:07
​Bakıda 86 yaşlı kişi intihar edib

Bakı. 17 mart. REPORT.AZ/ Bakıda 86 yaşlı kişi intihara cəhd edib.

"Report"un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, hadisə martın 5-də Binəqədi rayonu Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsi, ev, 32A ünvanında baş verib.

1930-cu il təvəllüdlü Əliş Bəhramov yaşadığı mənzildə boğazını bıçaqla kəsib. Xəstəxanaya çatdırılan yaralı dünən xəstəxanada ölüb.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

Son xəbərlər

Orphus sistemi