Bakıda 71 yaşlı qadını avtomobil vurub

Hadisə
  • 16 fevral, 2023
  • 20:23
Bakıda 71 yaşlı qadını avtomobil vurub

Bakının Xəzər rayonununda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, Mərdəkan qəsəbəsində avtomobil yolu keçən 1952-ci il təvəllüdlü Mehdiyeva Sürəyya Dədəxan qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ baldır sümüklərinin yerdəyişən sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.