Bakıda 66 yaşlı qadını mikroavtobus vuraraq öldürüb, sürücü qaçıb

Bakıda 66 yaşlı qadını mikroavtobus vuraraq öldürüb, sürücü qaçıb Faktla bağlı cinayət işi başlanılıb
Hadisə
7 Dekabr , 2016 09:28
Bakıda 66 yaşlı qadını mikroavtobus vuraraq öldürüb, sürücü qaçıb

Bakı. 7 dekabr. REPORT.AZ/ Bakıda 66 yaşlı qadını mikroavtobus vuraraq öldürüb.

"Report"un xəbərinə görə, hadisə Suraxanı rayonu, Yeni Surxanı qəsbəsində qeydə alınıb.

Belə ki, 1950-ci il təvəllüdlü Abidinova Xumar Fərrux qızı yol kənarı ilə hərəkət edən zaman onu "Mercedes" markalı, "Vito" modelli mikroavtobus vurub. X.Abidinova hadisə yerində dünyasını dəyişib.

Sürücü hadisə yerindən qaçıb. Polis əməkdaşları onun yerini müəyyənləşdirərək istintaqa təhvil verib.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

Son xəbərlər

Orphus sistemi