Bakıda 65 yaşlı kişi intihar edib

Bakıda 65 yaşlı kişi intihar edib Faktla bağlı cinayət işi başlanılıb
Hadisə
28 Dekabr , 2016 09:41
Bakıda 65 yaşlı kişi intihar edib

Bakı. 28 dekabr. REPORT.AZ/ Bakıda 65 yaşlı kişi intihar edib.

Bu barədə “Report”a Sabunçu Rayon Prokurorluğundan məlumat verilib.

Belə ki, Bakı şəhər sakini, 1951-ci il təvəllüdlü Ramana qəsəbə sakini Mirrəhim Mehdiyevin meyiti yaşadığı evin zirzəmisində elektrik naqilindən asılmış vəziyyətdə tapılıb.

Onun intihar etdiyi müəyyənləşdirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. İntiharın səbəbləri araşdırılır.

Son xəbərlər

Orphus sistemi