Bakının Nizami rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, “Koroğlu” metrostansiyasının yanında yolu keçən 63 yaşlı İsmayılov Novruz Əkbər oğlunu avtomobil vuraraq öldürüb.
Hadisə şahidlərinin sözlərinə görə, taksidən anidən düşərək yol çıxan piyada sərxoş vəziyyətdə olub.