Bakıda 62 yaşlı piyadanı motosiklet vurub

Bakıda 62 yaşlı piyadanı motosiklet vurub Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
4 İyun , 2021 19:30
Bakıda 62 yaşlı piyadanı motosiklet vurub
0 : 00
0 : 00

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report" xəbər verir ki, hadisə Nəsimi rayonunda, Səfər Əliyev küçəsində qeydə alınıb.

Belə ki, 1959-cu il təvəllüdlü Sevil Mütəd qızı Seyidova yolu keçmək istəyərkən onu motosiklet vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi