Bakıda 61 yaşlı kişi intihar edib - YENİLƏNİB

Bakıda 61 yaşlı kişi intihar edib - YENİLƏNİB Hadisə rayonun Məhəmmədi qəsəbəsində yerləşən evlərin birində qeydə alınıb
Hadisə
2 Mart , 2018 09:40
Bakıda 61 yaşlı kişi intihar edib - YENİLƏNİB

Bakı. 2 mart. REPORT.AZ/ Bakıda yaşadığı evdə özünü asaraq intihar edən ahıl kişinin adı məlum olub.

"Report" xəbər verir ki, abunçu rayonunun Məhəmmədi qəsəbəsində yaşayan, 1957-ci il təvəllüdlü Şarif İlyas oğlu Tağıyev özünü həyətdəki çardaqdan asaraq intihar edib.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda 125.1 ( özünü öldürmə həddinə çatdırma ) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.


***9:03

Bakı. 2 mart. REPORT.AZ/ Bakı sakini yaşadığı evdə özünü asaraq intihar edib.

"Report"un məlumatına görə, hadisə Sabunçu rayonunun Məhəmmədi qəsəbəsində yerləşən evlərin birində baş verib.

Hələlik adı məlum olmayan ahıl kişini özünü asaraq intihar edib. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. 

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi