Yuxarı

Bakıda 60 yaşlı qadını maşın vurub

​Bakıda 60 yaşlı qadını maşın vurub

Bakının Nərimanov rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

"Report" xəbər verir ki, 1959-cu il təvəllüdlü İbrahimova Solmaz Şirin qızı Ceyhun Hacıbəyli küçəsində yolu keçmək istəyən zaman onu "90-NC-031" dövlət qeydiyyat nişanlı "VAZ-2107" markalı avtomobil vurub.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi