Bakıda 60 yaşlı qadını avtomobil vurub

Hadisə
  • 27 oktyabr, 2023
  • 01:21
Bakıda 60 yaşlı qadını avtomobil vurub

Bakının Xəzər rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, avtomobil yolu keçən 1963-cü il təvəllüdlü Pirizadə Zərifə Paşa qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hadisənin təfərrüatı araşdırılır.