Yuxarı
    Bağlamaq

    Bakıda 60 yaşlı kişi bir neçə il əvvəl aldığı güllə yarası ilə bağlı xəstəxanaya yerləşdirilib - YENİLƏNİB

    DİN: Hazırda Vidadi Rüstəmov evindədir və onun vəziyyəti yaxşıdır

    Bakı. 19 iyul. REPORT.AZ/ Bakı şəhəri, Xətai rayonu ərazisində yaralandığı bildirilən şəxsin bir neçə il əvvəl aldığı güllə xəsarəti ilə bağlı xəstəxanaya aparıldığı məlum olub.

    "Report"un xəbərinə görə, Vidadi Rüstəmovun sol bud nahiyəsindən aldığı güllə yarasında ağrılar şiddətlənib və o, xəstəxanaya müraciət etməli olub.

    "Hazırda Vidadi Rüstəmov evindədir və onun vəziyyəti yaxşıdır", - deyə, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib.

    *** saat 00:43

    Bakı. 19 iyul. REPORT.AZ/ Bakının Xətai rayonu ərazisində silahlı insident olub.

    "Report" xəbər verir ki, 1957-ci il təvəllüdlü Rüstəmov Vidadi Mahmud oğlu Naximov küçəsindəki evlərdən birində güllələndiyi bildirilib.

    O, sol bud nahiyəsindən güllə yarası alaraq xəstəxanaya yerləşdirilib.

    Hadisənin kim tərəfindən törədildiyi məlum deyil. Faktla bağlı araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi