Bakıda 6 yaşlı uşağı maşın vurub

Hadisə
  • 24 iyun, 2019
  • 17:42
Bakıda 6 yaşlı uşağı maşın vurub

Bakının Nəsimi rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, 2013-cü il təvəllüdlü Səlimov Səlim Arif oğlu Vaqif, 5 ünvanında yolu keçərkən "90-AU-667" dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən vurulub.

Yaralı 1 saylı Klinik Tibbi Mərkəzə aparılıb. Ona ağır kəllə-beyin travması diaqnozu qoyulub və Reanimasiya şöbəsinə yerləşdirilib. Uşağın vəziyyəti ağır qiymətləndirilir.

44 - Tezliklə