Bakıda 58 yaşlı kişi intihar edib

Bakıda 58 yaşlı kişi intihar edib Faktla bağlı cinayət işi açılıb
Hadisə
29 Sentyabr , 2016 15:16
Bakıda 58 yaşlı kişi intihar edib

Bakı. 29 sentyabr. REPORT.AZ/ Bakıda 58 yaşlı kişi intihar edib.

“Report”un xəbərinə görə, hadisə Binəqədi rayonunun Biləcəri qəsəbəsində qeydə alınıb.

Məlumata görə, Q.Məmmədov küçəsindəki evlərdən birində yaşayan Bakı şəhər sakini Əsgər Fərəcov özünü kəndirlə asaraq intihar edib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş açılıb, istintaq davam etdirilir.

Son xəbərlər

Orphus sistemi