Bakıda 57 yaşlı kişi yol qəzasında xəsarət aldı

Hadisə
  • 10 iyul, 2021
  • 22:19
Bakıda 57 yaşlı kişi yol qəzasında xəsarət aldı

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 1964-cü il təvəllüdlü Nəzərov Elman Ağaməmməd oğlu xəsarət alıb. Yaralı xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.