Bakıda 57 yaşlı kişi tapançadan başına atəş açaraq intihar edib

Bakıda 57 yaşlı kişi tapançadan başına atəş açaraq intihar edib Faktla bağlı cinayət işi başlanılıb
Hadisə
10 Mart , 2017 09:19
Bakıda 57 yaşlı kişi tapançadan başına atəş açaraq intihar edib

Bakı. 10 mart. REPORT.AZ/ Bakıda 57 yaşlı kişi tapançadan başına atəş açaraq özünü öldürüb.

"Report"un xəbərinə görə, hadisə Xəzər rayonunda qeydə alınıb.

Belə ki, Buzovna qəsəbəsində yaşayan 1960-cı il təvəllüdlü Dadaşov İldırım Rza oğlu intihar etmək məqsədilə yaşadığı evdə "Makarov" markalı tapança ilə başına atəş açıb. İ.Dadaşov hadisə yerində dünyasını dəyişib. Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xəzər rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, intiharın səbəbləri araşdırılır.

Son xəbərlər

Orphus sistemi