Bakıda 53 yaşlı kişi qohumları tərəfindən döyülüb

Hadisə
  • 16 mart, 2017
  • 11:16
Bakıda 53 yaşlı kişi qohumları tərəfindən döyülüb

Bakı. 16 mart. REPORT.AZ/ Bakıda 53 yaşlı kişi qohumları tərəfindən döyülüb.

"Report"un xəbərinə görə, hadisə Xətai rayonunda qeydə alınıb.

Belə ki, NZS qəsəbəsində yaşadığı evdə 1964-cü il təvəllüdlü Azər Zamin oğlu Həsənov adları hələlik açıqlanmayan iki qohumu tərəfindən döyülüb. A.Həsənov baş və bədən nahiyələrindən ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.