Bakıda 53 yaşlı kişi bıçaqlanıb

Hadisə
  • 25 noyabr, 2022
  • 00:55
Bakıda 53 yaşlı kişi bıçaqlanıb

Bakının Sabunçu rayonunda 53 yaşlı kişi bıçaqlanıb.

"Report"un məlumatına görə, 1969-cu il təvəllüdlü Şəmilov Elşən Əhməd oğlu mübahisə zəminində bıçaq xəsarəti alıb.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol əlin kəsilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.