Bakıda 5 yaşlı oğlunu boğaraq öldürən qadın Psixiatriya Xəstəxanasına göndərilib

Bakıda 5 yaşlı oğlunu boğaraq öldürən qadın Psixiatriya Xəstəxanasına göndərilib Məhkəmə prosesi başa çatıb
Hadisə
12 Sentyabr , 2017 14:53
Bakıda 5 yaşlı oğlunu boğaraq öldürən qadın Psixiatriya Xəstəxanasına göndərilib

Bakı. 12 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Nazilə Qulubəyovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report" xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Dövlət ittihamçısı bildirib ki, N.Qulubəyova hadisəni törədən zaman anlaqsız vəziyyətdə olub. Buna görə də o, cinayət məsuliyyətindən azad edilməlidir. Prokuror N.Qulubəyovanın ixtisaslaşmış psixiatriya stasionar müəssisəsinə müalicə göndərilməsini istəyib.

Məhkəmə müşavirədən sonra hökm elan edib. Hökmə əsasən, N.Qulubəyova cinayət məsuliyyətindən azad edilib. Amma onun barəsində həbs qətimkan tədbiri dəyişdirilməyib və 1 saylı Respublika Psixiatriya Xəstəxanasına müalicəyə göndərilib.

Qeyd edək ki, dəhşətli qətli törədən 1983-cü il təvəllüdlü N.Qulubəyova dini təriqətlərdən birinin üzvü olub.

O, 5 yaşlı oğlu Fərid Quluzadəni boğaraq qətlə yetirib. Hadisə paytaxtın Yasamal rayonu, D.Bünyadzadə küçəsi, ev 15 ünvanındakı mənzillərindən birində baş verib.

Orada yaşayan 2011-ci il təvəllüdlü Fərid Quluzadənin meyiti aşkar olunub.

Uşağın xristian yönümlü təriqətin üzvü olan anası Nazilə Qulubəyova tərəfindən öldürüldüyü məlum olub. N.Qulubəyova deyib ki, “pis ruhları çıxartmaq” üçün oğlunun ağızına əski parçası tutaraq sıxıb. Nəticədə azyaşlı ölüb.

Son xəbərlər

Orphus sistemi