Bakıda 5 nəfərin ölümünə səbəb olan sürücünün məhkəməsi başlayıb
Hadisə
- 29 oktyabr, 2018
- 13:27
Bakı. 29 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 5 nəfərin ölümündə təqsirləndirilən Heydər Quliyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.
"Report"un xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məlum olub ki, H.Quliyevin barəsində həbs qətimkan tədbiri seçilməyib.
Daha sonra təqsirləndirilən şəxs vəkil Əli Hüseynovla yeni müqavilə bağladığını deyib. O, buna görə də prosesin təxirə salınmasını istəyib.
Məhkəmə iclası oktyabrın 30-dək təxirə salınıb.
Qeyd edək ki, hadisə ötən il dekabr ayının 6-da Bakının Qaradağ rayonunda, Lökbatan-Xocasən avtomobil yolunun Qaradağ rayonundan keçən hissəsində baş verib.
Son xəbərlər
16:52
Azərbaycan son 6 ildə infrastrukturun yenilənməsinə çəkdiyi xərci açıqlayıb
Maliyyə16:51
Orxan Zeynalov: "Enerji sahəsində layihələr BOEM-in inteqrasiyasına dair üstünlük yaradır"
Energetika16:45
Azərbaycan Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizinə PMI statusu almaq üçün müraciət edəcək
Energetika16:43
Sahil Babayev: "Milli iqtisadiyyat son illərdə sabit artım nümayiş etdirib"
Maliyyə16:40
Pərviz Şahbazov: "Əlaqəlilik iqtisadi və geosiyasi münasibətlərin yeni arxitekturasının təməlidir"
Energetika16:40
Azərbaycan GIP və "BlackRock" kimi qlobal investisiya nəhəngləri ilə əməkdaşlığı genişləndirir
Maliyyə16:37
"Formula 1": Sıralama turunun ilk mərhələsi bitib, altı pilot mübarizəni dayandırıb - YENİLƏNİB
Formula 116:35
Foto
AIIF 2026-da sənaye platformaları və azad iqtisadi zonalar haqqında panel sessiya olub
Sənaye16:31