Bakıda 5 gün əvvəl vurulan piyada xəstəxanada ölüb

Bakıda 5 gün əvvəl vurulan piyada xəstəxanada ölüb Ölüm hadisəsi gecə saatlarında 1 saylı Kliniki Tibbi Mərkəzdə baş verib
Hadisə
23 İyun , 2018 04:48
Bakıda 5 gün əvvəl vurulan piyada xəstəxanada ölüb

Bakı. 23 iyun. REPORT.AZ/ Bakıda 5 gün əvvəl vurulan piyada xəstəxanada dünyasını dəyişib.

"Report"un xəbərinə görə, ölüm hadisəsi gecə saatlarında 1 saylı Kliniki Tibbi Mərkəzdə baş verib.

Xəstəxananın reanimasiya şöbəsində yatan 1957-ci il təvəllüdlü Əliyev Şahbaba Əlibaba oğlunun vəziyyəti ağırlaşıb. O, həkimlərin səyinə baxmayaraq ölüb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

Hadisə iyunun 18-də DSK yolunda baş verib. Ş.Əliyev yolu keçərkən onu "KİA Optima" markalı avtomobil vurub.

Son xəbərlər

Orphus sistemi