Bakıda 49 yaşlı qadını avtomobil vurub

Hadisə
  • 26 dekabr, 2022
  • 23:49
Bakıda 49 yaşlı qadını avtomobil vurub

Bakının Xətai rayonunda 49 yaşlı qadın yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

"Report"un məlumatına görə, avtomobil yolu keçən 1973-cü il təvəllüdlü Babayeva Natalya Pavlovnanı vurub.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.