Bakıda 46 yaşlı kişini avtomobil vurub

Hadisə
  • 05 aprel, 2017
  • 11:53
Bakıda 46 yaşlı kişini avtomobil vurub

Bakı. 5 aprel. REPORT.AZ/ Bakıda 46 yaşlı kişini avtomobil vurub.

"Report"un xəbərinə görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, 2-ci Zabrat qəsəbəsində yolu keçmək istəyən 1971-ci il təvəllüdlü Qasımov Tacib Fəzail oğlunu avtomobil vurub. Nəticədə T.Qasmov sınıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.