Bakı. 4 may. REPORT.AZ/ Bakıda 44 yaşlı kişi qətlə yetirilib.
“Report”un xəbərinə görə, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb.
Belə ki, Təbriz küçəsi 2 ünvanında yerləşən yarımtikilidə Lənkəran rayon sakini 1973-cü il təvəllüdlü Müşfiq Əliyevin baş nahiyəsində çoxsaylı xəsarətlər olan meyiti aşkarlanıb.
Faktla bağlı Nərimanov rayon prokurorluğunda istintaq aparılır.