Bakıda 44 yaşlı kişi özünə bıçaq xəsarəti yetirdi

Bakıda 44 yaşlı kişi özünə bıçaq xəsarəti yetirdi Bakıda intihara cəhd hadisəsi baş verib.
Hadisə
29 Mart , 2020 01:19
Bakıda 44 yaşlı kişi özünə bıçaq xəsarəti yetirdi

Bakıda intihara cəhd hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.

1976-cı il təvəllüdlü Mehdiyev Rafael Xanlar oğlu bıçaqla özünə xəsarət yetirib. O, təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı R.Mehdiyevə qarnın ön divarında bir ədəd kəsilmiş-deşilmiş yara aşkarlanıb. Yaralı cərrahi əməliyat olunub.

Ramin Şahbazov 

Son xəbərlər

Orphus sistemi